...

Xəzəryanı ölkələrin dövlət başçılarının imzalayacaqları bəyanatın ilkin variantı razılaşdırılıb

Siyasət Materials 21 İyun 2007 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Xəzəryanı dövlətlərin (Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistan) XİN başçıları Tehranda keçirilən görüşün yekunlarına dair bəyanat imzalayıblar. Bu barədə İran KİV-lərinin yaydığı məlumatda bildirilir.

"Xəzəryanı dövlətlərin XİN başçılarının görüşü dostluq və qarşılıqlı anlaşma mühitində keçib" - deyə birgə bəyanatda bildirilir.

Nazirlər Xəzər dənizinin hüquqi statusu ilə bağlı fikir mübadiləsi aparıblar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. "Xüsusi olaraq Xəzər dənizində çoxtərəfli əməkdaşlıq probleminə diqqət yetirilib. Qərar qəbul edilib ki, Xəzər sülh, sabitlik və qarşılıqlı əməkdaşlıq dənizi olaraq qalmalıdır, bütün sahilyanı dövlətlərin maraqlarına cavab verməlidir" - deyə bəyanatda qeyd olunur.

Nazirlər Xəzəryanı ölkələrin dövlət başçılarının Tehrandakı ikinci sammitinə hazırlıq məsələləri müzakirə ediblər və prezidentlərin müzakirəsinə çıxarılacaq kommünikenin ilkin variantını razılaşdırıblar. Sammitin konkret tarixi hələ dəqiqləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti