...

Azərbaycan Ombudsmanı polis şöbəsində baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparıb

Cəmiyyət Materials 16 Aprel 2010 17:04 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aprelin 14-də Salyan Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasında saxlanılan Vüqar Əzizovun ölümü ilə bağlı məsələ Ombudsmanın İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri tərəfindən araşdırılıb.
Azərbaycan Ombudsmanı polis şöbəsində baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanı polis şöbəsində baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparıb.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aprelin 14-də Salyan Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasında saxlanılan Vüqar Əzizovun ölümü ilə bağlı məsələ Ombudsmanın İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) Qrupunun üzvləri tərəfindən araşdırılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Salyan RPŞ-in MST-də saxlanılan, əvvəllər narkotik cinayəti üstündə dəfələrlə məhkum edilmiş Salyan şəhər sakini barəsində, aprelin 9-da şöbənin istintaq bölməsinin baş müstəntiqi tərəfindən cinayət işi qaldırılıb.

O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Salyan Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əzizov "narkotiklərdən fiziki asılılıq və arterial hematomiya" diaqnozu ilə rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, o, saat 05:00-da xəstəxanada vəfat edib. İlkin müayinə zamanı  bədənində hər hansı xəsarət izi aşkar olunmayıb.

Həmin gün Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Salyan rayonlararası zona mərkəzində meyit xarici və daxili müayinədən keçirilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti