Azərbaycan, Bakı, 25 oktyabr / Trend, müxbir T.Cəfərov /
İranın İmam Xomeyni adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyi Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə oktyabrın 26-da Qurban bayramı münasibətilə Sumqayıt, İsmayıllı, Abşeron və eləcə də Bakının Sabunçu, Suraxanı, Nizami, Nərimanov rayonlarında məskunlaşmış 1500 qaçqın, məcburi köçkün və digər aztəminatlı əhali, o cümlədən şəhid ailələri, əlillər, tənha və kimsəsizlərə 3 ton qurban əti paylayacaq. Bu barədə Trend-ə bu gün İmam Xomeyni adına İmdad Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, İmam Xomeyni adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyi hər il müxtəlif vaxtlarda Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş ailələrə yardım kampaniyaları təşkil edir.