...

Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının səbəbləri açıqlanıb

Cəmiyyət Materials 8 Fevral 2013 12:27 (UTC +04:00)
Ötən il Azərbaycanda avtomobillərin sayı 103 min artıb. Buna baxmayaraq, yol-nəqliyyat hadisələri zamanı ölənlərin sayı təxminən sabit qalıb.
Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.izzət/

Ötən il Azərbaycanda avtomobillərin sayı 103 min artıb. Buna baxmayaraq, yol-nəqliyyat hadisələri zamanı ölənlərin sayı təxminən sabit qalıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, yol qəzalarında ölüm hallarının əsas səbəbi təhlükəsizlik kəmərlərindən istifadə edilməməsi, avtomobillərin buraxılış ilinin köhnə olması və texnilki tələblərə cavab verməməsidir.

Əliyev bildirib ki, yollarda "ağıllı" videokameralar quraşdırılır. Artıq 150 belə videokamera quraşdırılıb. Hazırda Bakı-Qazax və Bakı-Astara istiqamətindəki magistral yollarda onların quraşdırılması işləri davam etdirilir.

Ötən il avtomobili sərxoş halda idarə edən 18 min sürücü məsuliyyətə cəlb edilib. Sərxoş sürücülərin iştirakı ilə 96 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu zaman 42 nəfər ölüb, 105 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti