Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanın bəzi ərazilərinə sulu qar və qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bazar ertəsi Trend-ə bildirib ki, fevralın 12-də Bakı və Abşeron yarımadasında axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 12-da yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 8-13, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.