...

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər seçilir

Cəmiyyət Materials 10 Aprel 2013 13:21 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin çərşənbə günü keçirilən iclasında şuranın səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlər tövsiyə olunub.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər seçilir

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir M.Əliyev/

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər seçilir.

Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin çərşənbə günü keçirilən iclasında şuranın səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlər tövsiyə olunub.

Namizədlər idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən tövsiyə olunub.

Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov iclasda bildirib ki, idman federasiyaları tərəfindən Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu və Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Ağayeva Validə Eldar qızı, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu və Alban-Udin xristian dini icmasının sədri Mobili Robert Baqratoviç, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı, Azərbaycan Yazıçılar Birliyindən Ələddinov Rafiq Səməndər oğlu, Rəssamlar İttifaqından Əliyev Ziyadxan Alxan oğlu və Azərbaycan Jurnalistlər Birliyindən Babayev Şahin Ənvər oğlu tövsiyə olunub.

O, namizədlərə 6 illik səlahiyyət verildiyini qeyd edib.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli iclasda tövsiyə olunan şəxslərin öz sahəsində kifayət qədər tanınan şəxslər olduqlarını deyib. Onun sözlərinə görə, mənəvi dəyərlərin qorunmasına görə İctimai "Televiziyanın üzərinə daha çox məsuliyyət düşür. Televiziyaların musiqi departamentlərinin fəaliyəti ən çox narahat edən məsələdir. Düşünürəm ki, musiqinin bərbad halda olmasına özəl telekanallar səbəb olub. Hər kanalda musiqi departamentinə rəhbərlik edən şəxs öz marağına uyğun musiqilər təqdim edir. Dövlət tərəfindən vəsait ayrılır. Ssenarilərin seçilməsində ciddi probremlər var. Birinci mərhələ keçid mərhələsi idi. Öz fəaliyyətlərini yalnız reklam üzərində qururlar", o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti