Azərbaycan, Bakı, 17 aprel /Trend müxbir T.Cəfərov/
Ötən gün Xəzər dənizində Mazandaran vilayəti yaxınlığında İran sərhədçiləri tərəfindən qeyri-qanuni ov edən balıqçı gəmisi saxlanılıb və onun ekipajı həbs edib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.
Məlumata əsasən, həbs edilmiş 3 ekipaj üzvü ilə bağlı cinayət işi açılıb. Xəbərdə onların hansı ölkənin vətəndaşları olduqları qeyd olunmayıb.