Azərbaycan, Bakı, 10 may /Trend/
"AtaSığorta" ASC-nin əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş boulinq yarışması keçirilib.
Doqquz komandanın iştirak etdiyi yarışmada qalib komanda və fərdi göstəricilərə görə ilk 3 yeri tutmuş əməkdaş qiymətli hədiyyələrlə mükafatlandırılıb. Şirkət rəhbərliyi yarışa qatılan hər kəsə təşəkkür edib və qalibləri təbrik edib.
"AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.