...

"AtaSığorta" ASC kimsəsiz uşaqlar arasında rəsm müsabiqəsi keçirib

Cəmiyyət Materials 27 May 2013 10:18 (UTC +04:00)
“AtaSığorta” ASC valideyn himayəsindən məhrum olan uşaqlar arasında rəsm müsabiqəsi təşkil etdi. Müsabiqədə Bakının Saray qəsəbəsi 7 saylı Uşaq Evinin kimsəsiz uşaqları öz bədii yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər. Uşaqlar ətraf aləmi şəkillərində “Qoy həmişə günəş olsun” mövzusunda təqdim ediblər. Bu barədə Trend-ə bazar ertəsi şirkətdən dail olan məlumatda deyilir.
"AtaSığorta" ASC kimsəsiz uşaqlar arasında rəsm müsabiqəsi keçirib

Azərbaycan, Bakı, 27 may /Trend/

"AtaSığorta" ASC valideyn himayəsindən məhrum olan uşaqlar arasında rəsm müsabiqəsi təşkil etdi. Müsabiqədə Bakının Saray qəsəbəsi 7 saylı Uşaq Evinin kimsəsiz uşaqları öz bədii yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər. Uşaqlar ətraf aləmi şəkillərində "Qoy həmişə günəş olsun" mövzusunda təqdim ediblər. Bu barədə Trend-ə bazar ertəsi şirkətdən dail olan məlumatda deyilir.
"AtaSığorta" ASC İdarə Heyətinin sədri Müseyib Əliyev tədbir ilə bağlı bildirdi: "Bu aksiya şirkətin Korporativ Sosial Məsuliyyəti çərçivəsində aparılır və iyunun 1-də hər yerdə qeyd olunacaq Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmişdir. Qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin inkişafını daim diqqət mərkəzində saxlayırıq. Bugünkü rəsm müsabiqəsini keçirməkdə məqsədimiz uşaqların mənalı istirahətini təşkil etmək, onları bir araya gətirərək cəmiyyətdə tək olmadıqlarını hiss etdirməkdir".

Müsabiqənin yekunlarına görə, uşaqlara müxtəlif hədiyyələr, dünya ədəbiyyatından uşaq kitabları təqdim edildi. Müsabiqə başa çatdıqdan sonra konsert baş tutmuş, burada uşaqlar qonaqlarla birgə milli musiqimizin sədaları altında şənləndilər.
"AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti