...

Azərbaycan Macarıstanda keçirilən XIII Avropa Gənclər Festivalında təmsil olunub

Cəmiyyət Materials 10 İyul 2013 14:27 (UTC +04:00)
Macarıstanın Balatonfüred şəhərində keçirilən XIII Avropa Gənclər Festivalı başa çatıb. Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Azərbaycan Macarıstanda keçirilən XIII Avropa Gənclər Festivalında təmsil olunub

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir S.Əhmədova/

Macarıstanın Balatonfüred şəhərində keçirilən XIII Avropa Gənclər Festivalı başa çatıb. Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Macarıstan, Bolqarıstan, Polşa, Slovakiya, Rusiya, Ukrayna və başqa ölkələrin uşaq və gənclərdən ibarət yaradıcılıq kollektivlərinin iştirak etdiyi festivalda ölkəmizi "Günay" Uşaq Teatrı təmsil edib.

Həm fərdi yaradıcılıq hesabatları, həm də qala-konsert zamanı teatrın çıxışları böyük uğurla keçib. Azərbaycan incəsənətini yüksək səviyyədə təqdim edən gənc istedadlarımız festivalın bir sıra mükafatlarına layiq görülüb.

Teatr nominasiyasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" pyesinin motivləri əsasında hazırlanan tamaşa, xoreoqrafiya nominasiyasında isə Azərbaycan milli rəqsi "Yallı" və Ü.Hacıbəylinin "Dəsmalla rəqs" nömrələri Qran-pri mükafatına layiq görülüb. Fərdi çıxışlar da mükafatsız qalmayıb. "Turacı" və "Qara göz" rəqslərinin ifaçısı Leyla Yusubova festivalın qızıl medalı, "Məşğələ" kompozisiyasının ifaçısı Səbinə Məmmədova isə Qran-pri ilə mükafatlandırılıb.

Gənc Azərbaycan artistləri növbəti - XIV festivala da dəvət alıblar. Balatonfüred şəhərinin meri, Macarıstan parlamentinin üzvü teatrın kollektivinə və Azərbaycan səfirliyinə minnətdarlığını bildirib. Hazırda Budapeştdə olan "Günay" Uşaq Teatrı Azərbaycan səfirliyində də ayrıca proqramla çıxış etməyə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti