...

Azərbaycanda gələn aydan küçə reklamları ilə bağlı monitorinqlər başlayır

Cəmiyyət Materials 19 Sentyabr 2013 15:17 (UTC +04:00)
Oktyabrın ortalarından Azərbaycanda küçə reklamlarında ədəbi dilin normalarına riayət edilib-edilmədiyini araşdırmaq üçün monitorinqlərə başlamaq nəzərdə tutulur.
Azərbaycanda gələn aydan küçə reklamları ilə bağlı monitorinqlər başlayır

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın ortalarından Azərbaycanda küçə reklamlarında ədəbi dilin normalarına riayət edilib-edilmədiyini araşdırmaq üçün monitorinqlərə başlamaq nəzərdə tutulur.

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış işçi qrupunun sədr müavini Həbib Zərbəliyev Trend-ə bildirib ki, küçə reklamlarının monitorinqi işinə əvvəlcə Bakıdan başlanacaq. Daha sonra isə ölkənin bütün rayon və şəhərlərində bu iş aparılacaq. Bunun üçün ölkənin bütün bölgələrinə mütəxəssislər ezam olunacaq.

H.Zərbəliyev qeyd edib ki, monitorinqin nəticələri əsasında müəyyən məlumatlar toplandıqdan sonra onlar sistemləşdirilərək reklamların yerləşdirilməsinə məsul olan təşkilatlara təqdim ediləcək və onlara nöqsanların aradan qaldırılması tapşırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti