Azərbaycanda radio və televiziya işçiləri peşə bayramlarını qeyd edirlər

Cəmiyyət Materials 6 Noyabr 2013 09:30 (UTC +04:00)
Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır.
Azərbaycanda radio və televiziya işçiləri peşə bayramlarını qeyd edirlər

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır.

Trend-in məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan Radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı ilin 14 fevralında efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsilə başlayıb.

Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti