...

Azərbaycanda magistraturaya qəbul olmaq istəyənlər üçün proqram seçiminin vaxtı başa çatıb

Cəmiyyət Materials 6 May 2014 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ilkin statistik məlumatlara əsasən, 9780 bakalavr proqram seçimində iştirak edib. Həmin bakalavrlar 2014-cü il mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinə onun 2 mart 2014-cü il tarixində keçirilmiş birinci mərhələsinin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış bakalavrlar buraxılırlar.

2014-2015-ci tədris ili üzrə magistraturaya yalnız əyani təhsil 0alma forması üzrə plan yerləri verilib. Plan yerlərinin sayı 6565-dir. Onlardan dövlət sifarişi üzrə olanların sayı 2547-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti