...

Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi başa çatıb

Cəmiyyət Materials 15 May 2014 12:17 (UTC +04:00)
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ olan bakalavrlar üçün proqram seçimi başa çatıb.
Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi başa çatıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ olan bakalavrlar üçün proqram seçimi başa çatıb. Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.

İlkin statistik məlumatlara əsasən, 10 156 bakalavr proqram seçimində iştirak edib. Onlardan 8899 nəfəri Azərbaycan bölməsi üzrə, 1257 nəfər isə rus bölməsi üzrə qeydiyyatdan keçib.

Həmin bakalavrlar 2014-cü il mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti