...

Binəqədidə ağacların yandırılması faktı üzrə polisə müraciət edilib

Cəmiyyət Materials 26 Avqust 2014 15:59 (UTC +04:00)
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində ağacların yandırılması barədə şikayət daxil olub. Şikayət dərhal nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Binəqədidə ağacların yandırılması faktı üzrə polisə müraciət edilib

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Sərxan Cəfərli/

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində ağacların yandırılması barədə şikayət daxil olub. Şikayət dərhal nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əraziyə baxış zamanı sözügedən ünvanda 5 ədəd Eldar şamı və 4 ədəd iydə ağacının naməlum şəxslər tərəfindən yandırılması faktı aşkar olunub. Qeyd olunanlarla əlaqədar təqsirkarların müəyyən olunması üçün Binəqədi rayon Polis İdarəsinə müraciət edilib.

Eyni zamanda, ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verilib.

Hazırda sözügedən yaşıllıq ərazi nazirliyin aidiyyəti qurumunun əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti