...

AtaBank "Nə? Harada? Nə zaman?" intellektual verilişinin ən cavan qalibini təbrik etdi (FOTO)

Cəmiyyət Materials 5 May 2015 16:19 (UTC +04:00)
3-cü sinif şagirdi Rüstəm Əyyubov ötən şənbə dinozavrlarla bağlı sualı ilə “Nə? Harada? Nə zaman?” intellektual verilişində bilicilərə qalib gələrək oyunun ən cavan qalib tamaşaçısı oldu.
AtaBank "Nə? Harada? Nə zaman?" intellektual verilişinin ən cavan qalibini təbrik etdi (FOTO)

3-cü sinif şagirdi Rüstəm Əyyubov ötən şənbə dinozavrlarla bağlı sualı ilə "Nə? Harada? Nə zaman?" intellektual verilişində bilicilərə qalib gələrək oyunun ən cavan qalib tamaşaçısı oldu. Bu münasibətilə "AtaBank" ASC rəhbərliyi 1000 manat uduşdan əlavə tarixə düşmüş 8 yaşlı Rüstəm Əyyubovu əlavə hədiyyə və oyuncaqlarla təltif etdi.

Bankın baş ofisində təltif olunan Rüstəm məktəbdə əla oxuduğunu bildirərək, təhsilini uğurla davam edəcəyinə və gələcəkdə də maraqlı suallar göndərəcəyinə söz verdi. Qeyd edək ki, Rüstəm dinozavrlara dair kitab oxumağı və müxtəlif növ tapmacaları tapmağı sevir, gələcəkdə isə arxeoloq və ya arxitektor olmaq istəyir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti