...

Azərbaycanın bütün orta məktəblərində tədrisin təmayülləşdirilməsi nəzərdə tutulur

Cəmiyyət Materials 11 Sentyabr 2015 16:46 (UTC +04:00)
Azərbaycanın bütün orta məktəblərində tədrisin təmayülləşməsinin tətbiqi nəzərdə tutulur.
Azərbaycanın bütün orta məktəblərində tədrisin təmayülləşdirilməsi nəzərdə tutulur

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycanın bütün orta məktəblərində tədrisin təmayülləşməsinin tətbiqi nəzərdə tutulur. Lakin burada ən önəmli məsələ məktəblərin keyfiyyət göstəricisidir".

Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil edilib. Bu tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbin 10-11-ci siniflərində təmayülləşmə tətbiq ediləcək".

E.Əmrullayev bildirib ki, gələcək illərdə təmayülləşmənin tətbiq olunacağı mərhələdə dəyişiklik olmayacaq: "Lakin biz daha çox sinif, daha çox məktəbi bu prosesə cəlb etməklə gələcək illərdə təmayülləşmənin tətbiq olunacağı məktəblərin və siniflərin sayını artırlacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti