...

MTRŞ “Hesabat”la bağlı qərarın icrasını müvəqqəti dayandırıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2016 12:36 (UTC +04:00)
ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının dayandırılması ilə bağlı iradları qəbul etmirik.
MTRŞ “Hesabat”la bağlı qərarın icrasını müvəqqəti dayandırıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

ANS televiziyasının efirində yayımlanan "Hesabat" analitik-informasiya proqramının dayandırılması ilə bağlı iradları qəbul etmirik.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, "Hesabat" verilişinin yayımının dayandırılması ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb.

N.Məhərrəmli qeyd edib ki, MTRŞ serialların çəkilməsi ilə bağlı müqavilə öhdəliklərini əməl etmədiklərinə görə İTV və ANS kanallarını məhkəməyə verib: "Müxtəlif sahələr üzrə baş verən qanun pozuntuları barədə sənədlər toplanıb. Bizim heç bir kanala qarşı qərəzimiz yoxdur".

N.Məhərrəmli qeyd edib ki, ANS kanalı ilə bağlı şuranın indiyədək verdiyi bütün qərarlar qanuna əsaslanır: "Bütün efir məkanında qanun pozuntularının çox azaldığını deyə bilərik. Amma Azərbyacan efirində görülməli işlər çoxdur, orada olan bütün problemləri tədricən aradan qaldıracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti