...

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ad günüdür

Cəmiyyət Materials 16 Mart 2016 16:55 (UTC +04:00)
Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, daim media ilə mütəmadi əməkdaşlıqda maraqlı olan Eldar Sultanovun 53 yaşı tamam olur.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ad günüdür

Bakı. Trend:

Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, daim media ilə mütəmadi əməkdaşlıqda maraqlı olan Eldar Sultanovun 53 yaşı tamam olur.

Trend xəbər verir ki, E.Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.

E.Sultanov 2008-ci ildən Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir.

Trend İnformasiya Agentliyinin kollektivi daim ictimaiyyətlə əlaqələrə yüksək səviyyədə maraq göstərən Eldar Sultanovu təbrik edir, gələcək işlərində uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti