Bakı. Trend:
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS telekanalının yayımının dayandırılması ilə bağlı iclas keçirir.
Şuradan Trend-ə verilən məlumata görə, hazırda iclas davam etdirilir.
İclasın qərarı barədə məlumat ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, MTRŞ ötən gün ANS-in yayımının dayandırılması barədə qərar qəbul edib.