Şamaxıda meşədə yenidən yanğın başladı

Cəmiyyət Materials 19 Avqust 2016 17:44 (UTC +04:00)
Şamaxı rayonunun Şərədil kəndi ərazisindəki meşədə yenidən yanğın başlayıb.
Şamaxıda meşədə yenidən yanğın başladı

Bakı. Samir Əli-Trend:

Şamaxı rayonunun Şərədil kəndi ərazisindəki meşədə yenidən yanğın başlayıb.

Şərədil kənd sakinlərinin Trend-ə verdiyi məlumata görə, yanğın bu gün saat 17:00 radələrində başlayıb. Alov artıq meşə sahəsini bürüyüb. Əraziyə Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının yanğınsöndürən briqadaları, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının hərbi qulluqçuları, Ağsu və İsmayıllı rayonunun mülki vətəndaşları cəlb edilib. 

Məlumata görə, əraziyə yanğın söndürən texnikalar daxil ola bilmədiyindən əhali və FHN əməkdaşları əllərində su daşımaqla və yanğınsöndürən balonlarından istifadə etməklə yanğının qarşısını almağa çalışırlar. 

Hadisə yerinə Şamaxı və Ağsu rayonlarının icra başçıları da gəlib. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.
 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti