...

Baş Prokurorluqdan Əli İnsanov barəsində yeni cinayət işinin açılmasına münasibət

Cəmiyyət Materials 24 Avqust 2016 14:35 (UTC +04:00)
Baş Prokurorluq həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin başlanmasına münasibət bildirib.
Baş Prokurorluqdan Əli İnsanov barəsində yeni cinayət işinin açılmasına münasibət

Bakı. Trend:

Baş Prokurorluq həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin başlanmasına münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib: “Bununla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır, yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti