...

Milli Oftalmologiya Mərkəzinin həkimləri ATU-da müayinə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2016 15:21 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının mütəxəssisləri Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr və əməkdaşları müayinə edib.
Milli Oftalmologiya Mərkəzinin həkimləri ATU-da müayinə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının mütəxəssisləri Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr və əməkdaşları müayinə edib.

Trend-in məlumatına görə, Mərkəzin peşəkar həkimlərindən ibarət qrup 2 gün ərzində müasir diaqnostik avadanlıqlar vasitəsilə universitet kollektivini müayinədən keçirib.

Aksiya müddətində 200 nəfərə yaxın tələbə və universitet əməkdaşı həkim baxışından keçib. Müayinədən keçənlərdən bir qrupuna onlarda aşkar olunan patologiyaya uyğun müalicə və göstərişlər yazılıb.

ATU-nun rektoru Akif Süleymanov həkimlərlə görüşərək onlara xeyirxah iş münasibətilə kollektiv adından minnətdarlıq edib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının mütəxəssisi Səbinə Məcidova isə bu cür aksiyaları vaxtaşırı keçirməyə, eyni zamanda ortaya çıxan patologiyalarıın müalicəsi üçün hər cür köməklik göstərməyə hazır olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti