...

Son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb

Cəmiyyət Materials 14 Aprel 2017 14:33 (UTC +04:00)
Son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb.
Son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

Son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

H.Rəcəbli bildirib ki, bu göstərici bir faizə çatıb. Komitə sədrinin sözlərinə görə, aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67.5 faizi, qadınların isə 52.3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkirlər. Bu narahatlıq əsasən ictimai yerlərdə baş verir.

Qeyd edək ki, yeni hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsində ictimai yerlərdə, qapalı məkanlarda siqaretin çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti