...

“Milli Məclis” jurnalının 10 illiyi tamam olub

Cəmiyyət Materials 16 İyun 2017 17:06
“Milli Məclis” jurnalının 10 illiyi tamam olub.
“Milli Məclis” jurnalının 10 illiyi tamam olub

Trend-i buradan izləyin

Bakı. Trend:

“Milli Məclis” jurnalının 10 illiyi tamam olub.

Trend-in məlumatına görə, 2007-ci ilin may ayında Azərbaycan Parlamenti özünün ilk jurnalı olan “Milli Məclis” jurnalını təsis etdi. Düz 10 il bundan əvvəl Milli Məclisin təsisçiliyi ilə nəşrə başlayan “Milli Məclis” analitik-informasiya jurnalı Azərbaycanın qanunverici orqanının mətbu nəşri kimi ötən müddət ərzində ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən mühüm hadisələri işıqlandırmaqla yanaşı, müstəqil dövlətimizin suverenliyinə, insanların rifahına xidmət edən qanun yaradıcılığı proseslərinə də öz səhifələrində geniş yer verib.

“Milli Məclis” analitik-informasiya jurnalı Azərbaycanın media məkanında ciddi rəsmi nəşr kimi böyük nüfuz qazanıb. İlk nömrəsinin çapdan çıxmasının 10 ili 2017-ci ilin mayında tamam olan “Milli Məclis” jurnalının 50-ci yubiley sayı da ildönümü ərəfəsində işıq üzü görüb. Bu yubiley sayında ən aktual məsələlər dəqiq və peşəkarcasına işıqlandırılmaqla yanaşı, Redaksiya Heyətinə ünvanlanan təbriklərdən seçmələr də yer alıb.

“Milli Məclis” jurnalının baş redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Ülviyyə Abdullayeva bildirib ki, müasir parlamentimizin sözçüsü olan nəşr Milli Məclis rəhbərliyinin və Redaksiya Şurasının dəstəyini öz fəaliyyətində daim hiss edir. Öz növbəsində, jurnal dövlətçiliyimizin və müstəqilliyimizin prinsiplərini əsas tutaraq üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmək üçün əzmlə çalışır:

"Əminik ki, “Milli Məclis” jurnalı daim yaşayacaq və Azərbaycanın bugünkü həyatının, həqiqətlərinin, ali qanunvericilik orqanı tərəfindən ölkəmizin və xalqımızın mənafeyinə xidmət məqsədilə qəbul olunmuş çoxsaylı qanunların, digər hüquqi normativ aktların təbliğ olunmasında əhəmiyyətli rol oynayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti