...

Azərbaycanda "İqtisadi araşdırmalar" beynəlxalq elmi jurnalı təsis edilib

Cəmiyyət Materials 18 İyul 2017 15:09 (UTC +04:00)
Azərbaycanda “İqtisadi araşdırmalar” yeni beynəlxalq elmi jurnal təsis edilib.
Azərbaycanda "İqtisadi araşdırmalar" beynəlxalq elmi jurnalı təsis edilib

Bakı. Trend:

Azərbaycanda “İqtisadi araşdırmalar” adlı yeni elmi məqalələr - elmi əsərlər toplusu olan beynəlxalq jurnal təsis edilib.

Trend-in məlumatına görə, ölkə daxili və eyni zamanda beynəlxalq miqyasda rəqabətliliyinin artırılması, dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanıb və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulub.

Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Avstriya və bir sıra digər ölkələrdən iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb.

Beynəlxalq jurnal olduğu üçün nəşrin çapa 4 dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) elmi əsərlər - elmi məqalələrin çap edilməsi, dünyanın tanınmış elm və təhsil müəssisələrinə, dünyada xüsusi çəkiyə malik olan kitabxanalara göndərilməsi nəzərdə tutulub.

Jurnal haqqında ətraflı məlumatı “www.iqtisadiarasdirmalar.com” saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti