...

Bakıda avtomobillər bahalaşıb

Cəmiyyət Materials 22 Avqust 2017 09:01 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

İyul ayında maşın bazarında aktivlik çox aşağı səviyyədə olsa da, ikinci əl avtomobillərin qiymətində 10-15 faiz qiymət artımı müşahidə olunub.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

Onun sözlərinə görə, bu artım iqtisadi qanunların əleyhinə olan bir amildir: "Baxmayaraq ki, bazarda tələb aşağı səviyyədədir, amma qiymət artımı baş verdi. Bazara çıxarılan avtomobillərin sayı çoxaldı, alıcı qıtlığı yaşandı, amma buna baxmayaraq qiymətlər qalxdı".

Ekspert hesab edir ki, bu hal risklərin dəyərləndirilməsi ilə bağlıdır: "Dolların qiymətində cüzi artım baş verir və insanlar da düşünürlər ki, avtomobili manatla satıb dollara çevirəndə az məbləğ edəcək. Ona görə də avtomobil satıcıları maksimum dərəcədə baha satmağı planlaşdırırlar. Ancaq bu qiymət artımı onsuz da alıcısı az olan bazara daha da mənfi təsir edir".

V.Hüseynov əlavə edib ki, yeni avtomobillərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti