...

Kürdəmirdə sərnişin avtobusu KAMaZ-la toqquşub - 1 ölü, 8 yaralı

Cəmiyyət Materials 15 Sentyabr 2017 11:46 (UTC +04:00)
Kürdəmir rayonunda sərnişin avtobusu qəza törədib.
Kürdəmirdə sərnişin avtobusu KAMaZ-la toqquşub - 1 ölü, 8 yaralı

Bakı. Samir Əli - Trend:

Kürdəmir rayonunda sərnişin avtobusu qəza törədib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 14-də saat 3 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində Laçın rayon sakini Bünyad Əliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusu qarşıda gedən Tərtər rayon sakini Mobil Abbasovun idarə etdiyi “KAMaz” markalı avtomobilin qoşqusuna vurub.

Nəticədə B.Əliyevin sərnişinlərindən Gəncə şəhər sakini Amaliya Mansurova hadisə yerində ölüb, özü və digər 8 sərnişini isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti