...

Azərbaycanda tütün tüstüsündən daha çox kişilər əziyyət çəkir

Cəmiyyət Materials 1 Dekabr 2017 12:24 (UTC +04:00)
Azərbaycanda 20-44 yaş arası kişilərin 30 faizi, 45-64 yaşında olanların isə 51 faizi siqaret çəkir.
Azərbaycanda tütün tüstüsündən daha çox kişilər əziyyət çəkir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda 20-44 yaş arası kişilərin 30 faizi, 45-64 yaşında olanların isə 51 faizi siqaret çəkir.

Trend-in məlumatına görə, bunu parlamentdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, həmin insanlar hər gün orta hesabla 16 ədəd siqaret çəkirlər.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkməyən, lakin tütün tüstüsündən əziyyət çəkən kişilər 67,5 faiz, qadınlar isə 52,3 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti