...

Şamaxıdakı sürüşmə sahələri ilə bağlı SON DURUM

Cəmiyyət Materials 10 May 2018 22:05 (UTC +04:00)
Hazırda Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində, Saqiyan və Dədəgünəş sürüşmə sahələrində müəyyən aktivlik müşahidə edilir.
Şamaxıdakı sürüşmə sahələri ilə bağlı SON DURUM

Bakı. İlhamə İsabalayeva – Trend:

Hazırda Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində, Saqiyan və Dədəgünəş sürüşmə sahələrində müəyyən aktivlik müşahidə edilir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, sürüşmə sahələrində qeydə alınan mövcud çatların parametrlərində genişlənmə müşahidə edilir. Ümumilikdə, bu sürüşmə sahələrindəki aktivlik təbii amillərlə izah oluna bilər.

Ekspedisiya rəisi əlavə edib ki, nazirliyin mütəxəssisləri tərəfindən adları çəkilən ərazilərdə monitorinqlər həyata keçiriləcək.

Ə.Qaralov qeyd edib ki, Suraxanı rayonu, Zığ 1 sürüşmə sahəsində, Abşeron rayonu Masazır qəsəbəsindəki Zəli gölü adlanan sürüşmə və uçqun prosesinin dinamikasında, Nübar qəsəbəsindəki sürüşmə-çökmə sahəsində aktivlik müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti