...

Bakı əhalisinin sayı açıqlandı

Cəmiyyət Materials 30 Avqust 2018 13:59 (UTC +04:00)
İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq 2018-ci il iyul ayının 1-i vəziyyətinə 2269,7 min nəfərə çatıb.
Bakı əhalisinin sayı açıqlandı

Bakı. Elçin Mehdiyev - Trend:

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq 2018-ci il iyul ayının 1-i vəziyyətinə 2 milyon 269,7 min nəfərə çatıb.

Trend-in məlumatına görə, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 1060 nəfər olub.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir.

Bu ilin birinci yarısında Bakıda 6 min 808 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.

Doğulan körpələrin 156 nəfəri əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 110 oğlan düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti