...

“Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışı hazırlanıb

Cəmiyyət Materials 10 May 2019 19:39 (UTC +04:00)
Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan “Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışı hazırlanıb.
“Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışı hazırlanıb

Bakı. Trend:

25 il bundan öncə - 1994-cü ilin 4 may tarixində Ümummilli lider Heydər Əliyev Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) mənzil-qərərgahını ziyarət edərək Sülh naminə Tərəfdaşlıq (SNT) Çərçivə sənədini imzalamışdır.

Bununla da, Azərbaycan və Alyans arasında möhkəm və qarşılıqlı faydalı tərəfdaşlığın əsası qoyulmuşdur.

Ölkəmizin NATO-nun SNT proqramına qoşulmasının 25 illik yubileyi ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan “Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışı hazırlanmışdır.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, xüsusi buraxılışda nazir Elmar Məmmədyarov və NATO Baş katibi Yens Stoltenberqin ön sözləri, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənovun, NATO Baş katibinin müdafiə siyasəti və planlaması üzrə müavini Patrik Törnerin, əməliyyatlar üzrə müavini Dr. Con Manzanın, meydana gələn təhlükəsizlik təhdidləri üzrə müavini Dr. Antonio Missirolinin, ictimai diplomatiya üzrə müavini Tacan İldemin, Hərbi Komitənin sədri Baş aviasiya marşalı Stüart Piçin və Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın müvafiq məqalələri yer alır.

Adıçəkilən müəlliflər məqalələrində ölkəmizin NATO ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlığından, SNT proqramının Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə verdiyi töhfələrdən, dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərindən, Azərbaycanın Əfqanıstandakı NATO əməliyyatına verdiyi hərbi dəstəklə yanaşı, tranzit və maliyyə yardımlarını alqışlayaraq, ölkəmizin Alyansın etibarlı tərəfdaşı olmasından söz açır.

Bundan başqa, jurnalda Azərbaycan-NATO tərəfdaşlığını əhatə edən sahələr üzrə əldə olunmuş nailiyyətlər, o cümlədən Alyans ilə əməkdaşlığımızın siyasi və praktiki aspektləri haqqında geniş məlumatlar və NATO arxivlərindən alınmış unikal fotoşəkillər əks olunur.

Daha ətraflı: http://mfa.gov.az/folder/file/WoD%20journal%2051-2019_upd.pdf.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti