...

Nazir 50 gün sonra Azərbaycanda baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqdan danışdı (FOTO)

Cəmiyyət Materials 1 İyun 2019 10:43 (UTC +04:00)
Bu gün ölkə üçün əhəmiyyətli və çox maraqlı bir andır. İdman üçün çox vacib olan, yeniyetmələr arasında Avropa Festivalının keçirilməsinə 50 gün qalır.
Nazir 50 gün sonra Azərbaycanda baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqdan danışdı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün ölkə üçün əhəmiyyətli və çox maraqlı bir andır. XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə 50 gün qalır.

Trend-in məlumatına görə, bunu "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 50 gün sonra Bakıda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq: "Onların əksəriyyəti gələcəkdə olimpiya, dünya və Avriopa çempionu ola bilər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz qarşımıza məqsəd kimi texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”.

Nazir əlavə edib ki, 50 gün ərzində son hazırlıq işləri tamamlanacaq.

Daha sonra XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir nümayiş olunub.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21-27 iyulda keçiriləcək.

FOTO: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti