...

“Azərbaycan məktəbi” jurnalının 95 illiyi qeyd edilib

Cəmiyyət Materials 12 İyul 2019 11:03 (UTC +04:00)
Bu gün “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
“Azərbaycan məktəbi” jurnalının 95 illiyi qeyd edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdən əvvəl iştirakçılar jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan məktəbi” jurnalı 95 illik fəaliyyəti dövründə ilk elmi-pedaqoji jurnal kimi ölkəmizdə xalq maarifinin inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü və formalaşmasında müstəsna yer tutub.

Nazir ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə “Azərbaycan məktəbi” jurnalının inkişaf dövrünü xüsusi vurğulayıb.

C.Bayramov qeyd edib ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan müəllimlərinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə böyük töhfələr verib.

Nazir bu jurnalın əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların xatirəsini minnətdarlıqla yad edib.

C.Bayramov, həmçinin “Azərbaycan məktəbi”nin elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əsaslı şəkildə yeniləndiyini diqqətə çatdırıb. Jurnalın elektron arxivinin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən Təhsil naziri bu mətbu orqanın kollektivini yubiley münasibətilə ürəkdən təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf jurnalın tarixi, qısa müddətdə görülən işlər barədə məlumat verib.

Tədbirdə “Azərbaycan məktəbi jurnalı – 95” adlı sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti