...

AQTA Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

Cəmiyyət Materials 23 Mart 2020 16:45 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

AQTA-dan Trend-ə verilən məlumata görə, agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxsi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait köçürülüb.

Bəşəriyyətin koronavirusa qarşı mübarizə apardığı bu dövrdə Agentliyin kollektivi də xalqımızla həmrəydir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti