...

Heydər Əliyev Mərkəzindən İspaniyaya dəstək (VİDEO)

Cəmiyyət Materials 10 Aprel 2020 21:41 (UTC +04:00)

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 10-da Heydər Əliyev Mərkəzinin binası üzərinə İspaniya Krallığının bayrağı videoproyeksiya olunub. Bayraq təsvirini ispan musiqisi müşayiət edib.

Bu barədə Trend-ə Mərkəzdən bildiriblər.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya və Rusiyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti