...

Təhsil Nazirliyi: Yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur

Cəmiyyət Materials 30 Aprel 2020 13:02 (UTC +04:00)
Təhsil Nazirliyi: Yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur

Bakı. İlhamə İsabalayeva – Trend:

Yay tətilinin ləğv olunması üçün heç bir əsas yoxdur. Biz yəqin ki, uşaqların istirahət hüquqlarını əllərindən almayacağıq.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun özlərinə görə, ötən illərdən fərqli olaraq, bu il vəziyyətlə əlaqədar şagirdlər yay tətillərini düzgün qiymətləndirməlidirlər:

“Onlar yay tətillərində istirahətlə yanaşı, təhsillərinə də zaman ayırmalıdırlar. Şagirdlərin tətil müddətində öz üzərində işləməsi çox vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti