...

Koronavirus xəstələrinin sayı çoxalarsa, karantin qaydalarının sərtləşdirilməsi təklif ediləcək

Cəmiyyət Materials 6 May 2020 17:53 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Əgər Azərbaycanda koronavirus xəstələrinin sayı kifayət qədər çoxalarsa, xəstəxanalarda xəstə yeri olmasa, karantin qaydalarının sərtləşdirilməsi təklifini verəcəyik. Amma bu qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək koronavirusa yoluxan uşaqlarda hər hansı ağırlaşma halı olmayıb: “Astara, Lənkəran, Cəlilabadda zaman-zaman müəyyən infeksiya ocaqları əmələ gəlib. Onlar aşkarlanaraq izolyasiya edilib. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, oraya giriş-çıxış kifayət qədər çoxdur. İlk yoluxma halları oraya xaricdən gəlib, daha sonra yoluxma davam edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti