Bakı. İlhamə İsabalayeva - Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus əleyhinə vaksinin ikinci dozasını vurdurublar.
Trend-in məlumatına görə, onların hər ikisi özünü yaxşı hiss etdiyini söyləyib.
R.Bayramlı və Z.Əliyev ilk dozanı yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində, vurdurublar.