...

Dolu düşəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Cəmiyyət Materials 25 Avqust 2021 13:43 (UTC +04:00)
Dolu düşəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Bakı. Trend:

Avqustun 26-27-də gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi dağlıq rayonlarında yağışın intensivləşəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti