...

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qəbul üçün qeydiyyat onlayn rejimdə olacaq

Cəmiyyət Materials 29 Yanvar 2022 11:50 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vətəndaşlara müraciət edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədi ilə cari ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək.

Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 WhatsApp nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.

Xəbər lenti

Xəbər lenti