...

Narazılığı aradan qaldırmaq üçün həkimlərin maaşı artırılıb - Zaur Əliyev

Cəmiyyət Materials 25 Fevral 2022 17:03 (UTC +04:00)
Narazılığı aradan qaldırmaq üçün həkimlərin maaşı artırılıb - Zaur Əliyev

Bakı. Elçin Mehdiyev – Trend:

İcbari tibbi sığortanın tətbiqində həkim narazılığını aradan qaldırmaq üçün həkimlərin maaşı artırılıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Sədr bildirib ki, burada iki artım var: “Biri sabit əlavədir, hansı ki, həkimin fəaliyyətindən asılı olmayaraq, olan artımdır. İkincisi isə xidmətə görə artımdır. Bir çox həkimlər var ki, göstərdiyi xidmətə görə kifayət qədər böyük vəsaitlər alır. Sadəcə, bu təzə sistem olduğu üçün vaxt lazımdır ki, həkimlər bunu öyrənsin, xəstəxanalar bu sistemə uyğunlaşsın.

Mən düşünürəm ki, xəstəxalar və həkimlər bu ilin sonuna qədər daha da peşəkarlaşacaqlar. Müəyyən dərəcədə həkimlərin narazılıqlarını başa düşürəm. Ölkədə bütün sistemi yenidən dəyişməyə zaman lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti