...

Pulsuz "Wi-Fi"lərə qoşulmaq təhlükəlidir?

Cəmiyyət Materials 18 Aprel 2022 11:00 (UTC +04:00)
Pulsuz "Wi-Fi"lərə qoşulmaq təhlükəlidir?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İctimai iaşə obyektlərində, parklarda və digər kütləvi toplaşma yerlərində pulsuz təklif edilən "Wi-Fi" şəbəkələri insanların məlumatlarını ələ keçirməyə çalışan xakerlərə fürsət yaradır. Təhlükəsizlik tərəfdən bu məsələnin kafe və digər bu kimi obyektləri işlədən üçün böyük bir əhəmiyyəti yoxdur. Onun düşündüyü əsas məsələ pulsuz və fasiləsiz "Wi-Fi" ilə müştəri cəlb etmək.

İctimai yerlərdə smartfon, planşet və ya noutbuk kimi cihazlardan istifadə özü ilə müxtəlif problemlər gətirir. Cihazlar daim pulsuz "Wi-Fi" şəbəkəsinə qoşulan zaman təəssüf ki, çox hallarda risklər nəzərə alınmır.

Nəyə diqqət edilməlidir?

1) Antivirus proqramlarından istifadə edin. İstifadəçilərə məxsus bütün cihazlarda şübhəli fəaliyyətlərin fərqinə varmaq, dayandırmaq və bildirmək üçün antivirusdan istifadə etmək vacibdir. Arxa planda davamlı olaraq işləyəcək bu cür proqramlar müntəzəm skanlarla təhdidlərə qarşı müasir müdafiə vasitələri yaradaraq istifadəçiləri qoruyur.

2) Ayıq-sayıq olun. Xakerlərin hazırladıqları saxta "wifi" şəbəkələri orijinal wifi şəbəkələrini təqlid edərək insanları düzgün şəbəkəyə qoşulmağdan yayındırır.

Bu zərərli şəbəkələrin hədəfinə çevrilməmək üçün rəsmi şəxsə müraciət edərək, mövcud məkanda wifi korporativ şəbəkə adının təsdiqlənməsi tövsiyə olunur. Şəbəkənin düzgün olduğuna əmin olsanız belə, fayl paylaşma funksiyasını söndürmək ehtiyyat tədbiri kimi qəbul edilə bilər. Şəbəkə adının yanındakı kilid işarəsini yoxlamaq da faydalıdır ki, bu da qoşulmuş şəbəkənin təhlükəsiz olduğunu göstərir.

3) Ya şübhə ilə yanaşın pulsuz "wifi"-dan istifadə edin ya öz şəxsi mobil internetinizdən istifadə edin. Pulsuz şəbəkə bağlantısı ilə edilənlərin başqaları tərəfindən görülə biləcəyini nəzərə almaq, hücum ehtimalına qarşı üstünlük yaradır. Bu səbəbdən şəxsi e-poçtları oxumaq, bankçılıq və ya onlayn alış-veriş kimi məqsədlər üçün istifadə etmək əvəzinə xəbər oxumaq və musiqi dinləmək kimi fəaliyyətlər üçün ictimai şəbəkələrə üstünlük vermək xakerləri uzaqlaşdıra bilər.

Pulsuz "wifi" şəbəkələri ilə həssas əməliyyatlar həyata keçirməkdə israr edən istifadəçilər "http" əvəzinə "ssl" sertifikatlı "https" uzantısı olan saytlara daxil olmalıdırlar. O, həmçinin daha yüksək səviyyəli təhlükəsizlik vəd edir, çünki istifadəçilər ictimai şəbəkələrə daxil olmaq əvəzinə öz cihazları vasitəsilə qaynar nöqtəyə çıxış təmin edirlər.

4) "VPN" istifadə edin. "Vpn" adlanan virtual özəl şəbəkələr, istifadəçilərin onlayn şəxsiyyətini gizlətdikləri üçün pulsuz şəbəkələrə daha təhlükəsiz marşrut təklif edir. Bu şəbəkələr cihazların "ip" ünvanını dəyişdirərək öz real yerlərini gizlədir və insanların internetdə anonim hərəkət etməsinə şərait yaradır.

5) Qeyd edək ki, şəbəkəyə diqqət yetirməkdən başqa ehtiyat tədbirləri də var. Şəbəkələrlə birbaşa əlaqəli tədbirlərdən başqa, görülə biləcək bir çox tədbirlər var. İstifadəçilər kompüterlərində və ya telefonlarında bir şey baş verdikdə, mütəmadi olaraq vacib məlumatlarının ehtiyat nüsxəsini çıxarır, hücum zamanı itirildikdə problemin şiddətini azaldır. Bu ehtiyat nüsxələri üçün bulud əsaslı xidmətlər və ya flash disklər istifadə edilə bilər.

Bundan əlavə, saytlarda yaradılmış akkauntlara daxil olmaq üçün kiçik və böyük hərflərin, rəqəmlərin və simvolların birləşməsindən ibarət güclü parolların müəyyən edilməsi və mümkün olduqda iki faktorlu autentifikasiyanın tətbiqi xakerlərin məlumat əldə etməsini çətinləşdirir. Nəhayət, əməliyyat sisteminin müntəzəm yeniləmələrini yükləmək, əgər avtomatik deyilsə, kiberhücumçuların sıza biləcəyi təhlükəsizlik boşluqlarını bağlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti