...

İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri

Cəmiyyət Materials 4 May 2022 14:52 (UTC +04:00)
İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda artıq bir neçə müddətdir ki, icbari tibbi sığorta sistemi tətbiq edilir və nəticələrdə müsbət dimanika var.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən “Birləşmiş Krallıq səhiyyədə sizin həmkarınızdır” adlı tədbirdə deyib.

Z.Əliyev bildirib ki, vətəndaşlar bu sistemdən istifadə edirlər. “Bu sistemin inkişafına əlavə resurslar cəlb edirik”, - deyə Z.Əliyev bildirib.

O qeyd edib ki, icbari tibbi sığorta üzrə Böyük Britaniyanın uğurlu bir sistemi var.

“Azərbaycanda icbari tibbi sığorta sistemi qurulanda bir çox ölkənin təcrübəsindən istifadə edilib. Bu ölkələr sırasında Böyük Britaniya da olub. Çünki həmin ölkənin səhiyyə sisteminin böyük tarixi var. Lakin Azərbaycanın reallıqları nəzərə alınaraq fərqli model seçildi. Nə qədər fərqli olsa da, tək bir amal var və bu da vətəndaşların tibbi xidmətə əlçatanlığını təmin etmək, eləcə də universal tibbi təminata nail olmaqdır”, - deyə Z.Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti