...

Bu il icbari tibbi sığorta çərçivəsində 100 qaraciyər, 150 böyrək köçürməsi nəzərdə tutulur

Cəmiyyət Materials 6 İyun 2022 13:36 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il icbari tibbi sığorta çərçivəsində 100 qaraciyər, 150 böyrək köçürməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Z.Əliyev bildirib ki, bu say Agentliyin büdcəsinə və mövcud texniki imkanlara uyğun müəyyən edilib. “Bu məsələdə tibb müəssələrinin də potensialı nəzərə alınır. Hazırda işlər gedir, yeni briqadalar yaradılır, digər klinikalar bu istiqamətdə iş aparır. Hesab edirəm ki, gələcəkdə biz bu sayı artıra bilərik”, - deyə Z.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti