...

Gənclər siyasəti Azərbaycanda daim dövlət siyasətinin tərkib hissəsidir - Fərid Qayıbov

Cəmiyyət Materials 2 Fevral 2023 13:50 (UTC +04:00)
Gənclər siyasəti Azərbaycanda daim dövlət siyasətinin tərkib hissəsidir - Fərid Qayıbov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gənclər siyasəti Azərbaycanda daim dövlət siyasətinin tərkib hissəsidir. Müstəqil Azərbaycanın gənclər siyasətinin çox zəngin bir tarixi var və bu tarix 1993-cü ildən başlayır.

Trend-in məlumatına görə, bunu bu gün gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə çıxışı zaman deyib.

O xatırladıb ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. “1996-cı ildə forum keçirildi və 1997-ci ildən etibarən Gənclər Günü təsis olundu. Onu da qeyd edim ki, MDB məkanında Gənclər Günü ilk dəfə Azərbaycanda təsis olunub. Ümumiyyətlə BMT bundan sonra Gənclər Günü təsis edib. Bu gün ilk dəfə Azərbaycanda təsis edilib. "Gənclər İli" də ilk dəfə Azərbaycanda keçirilib. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir.

İlk dəfədir ki, biz Gənclər Gününü Bakıda deyil, Azərbaycanın digər şəhərində qeyd edirik. Bunun üçün ölkəmizin bir çox regionlarından gənclərimiz burada iştirak edir. İl ərzində Mingəçevirdə müxtəlif tərdbirlər keçirəcəyik. Azərbaycanın çox bacarıqlı, aktiv gəncləri var”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, 2 fevral - Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti