...

Dünyanın ən böyük noutbuku hazırlanıb (VİDEO)

Cəmiyyət Materials 3 Mart 2023 13:28 (UTC +04:00)
Dünyanın ən böyük noutbuku hazırlanıb (VİDEO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Yutuberlər Evan və Katelin dünyanın ən böyük noutbukunu düzəldib.

Trend-in məlumatına görə, noutbukun çəkisi 45 kiloqramdır və ekran ölçüsü 43 düymdür.

Qeyd edək ki, adi noutbukların ekranı adətən 15 düym civarında, çəkisi isə 1-3 kq arasında dəyişir.

Yeni kompüterdə 43 düymlük (109 sm) televizor ekranından istifadə edilib. Nəhəng cihazın oyun oynayarkən 260 Vt-a qədər enerji istehlak edə biləcəyi bildirilib.

Cihazda iki böyük batareya və gizli bir "Intel NUC 11" olduğu deyilir. "Intel Core i7-1165G7" prosessoru və "RTX 2060" qrafik kartı bu nəhəng kompüterdə mövcud olan avadanlıqlar arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti