...

Tələbələr ulu öndərin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2023 10:48 (UTC +04:00)
Tələbələr ulu öndərin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup tələbəsi universitetin Heydər Əliyev Muzeyini ziyarət edib.

AzMİU-nun tələbə həmkarlar təşkilatı komitəsinin sədr müavini Şahmar Rəfili çıxış edərək bildiribdir ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan edilib. Şahmar Rəfili çıxışında Ulu Öndərin həyat və fəaliyyəti, idarəetmə bacarığı və xüsusilə milli təəsübkeşlik üzərində qurulan gənclər siyasəti haqqında tələbələrə geniş məlumat verib.

Sonra tələbələr muzeydə Ulu Öndərlə bağlı fotolar və digər materiallarla tanış olublar.

Qeyd edək ki, AzMİU-nun Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto və videolarla yanaşı, onun universitetlə bağlı qərarları, universitetə səfəri, eləcə də ölkəmizin memarlığı, inşaat sektorunun inkişafı ilə əlaqədar xidmətlərini nümayiş etdirən müxtəlif materiallar yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti