...

Bakıda "Utro" jurnalının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 11 May 2023 16:20 (UTC +04:00)
Bakıda "Utro" jurnalının təqdimatı keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend Life:

Dünən Bakıda rus dilində dərc olunan "Utro" (Səhər) jurnalının təqdimatı keçirilib.

Trend Life xəbər verir ki, tədbirdə görkəmli ictimai xadimlər, Azərbaycanda akkreditasiya olunmuş diplomatik missiya rəhbərləri, elm nümayəndələri, media strukturlarının rəhbərləri və nümayəndələri iştirak edib.

Tədbir başlamazdan əvvəl jurnalın baş redaktoru Habil Ağazadə Trend Life müxbiri ilə söhbətində jurnalın ilk buraxılışının Ulu Öndər, görkəmli şəxsiyyət Heydər Əliyevə həsr olunduğunu bildirib.

"Əvvəllər "Utro" yalnız informasiya portalı idi, indi isə çap versiyası - jurnal nəşr etmək qərarına gəldik. Jurnalın ilk sayının buraxılışı Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edir və Heydər Əliyevin fəaliyyətinə həsr olunub. Jurnal hər ay nəşr olunacaq və siyasət, elm, mədəniyyət kimi müxtəlif sahələri əhatə edəcək", - Habil Ağazadə deyib.

Təqdimatda çıxış edən Habil Ağazadə tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib.

"Jurnalın yaradılması üçün uzun müddət çalışdıq və şadıq ki, düşündüyümüzü həyata keçirməyə nail olduq. "Utro"nun ilk sayı may ayında dərc edilib, məhz may ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 100 il ötdü. Ulu Öndər respublikanı enerji dövlətinə çevirdi. Onun siyasi nüfuzu regional çərçivələrdən kənara çıxaraq beynəlxalq əhəmiyyət qazandı. O öz fəaliyyətində milli maraqları, xalqının maraqlarını rəhbər götürüb", - Habil Ağazadə deyib.

Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev "Utro" jurnalının redaksiyasını təbrik edərək jurnalın müasir olduğunu qeyd edib. O xüsusilə Ümummilli Lider Heydər Əliyevin siyasi və ideoloji irsinin xüsusi əhəmiyyətini vurğulayıb.

"Biz Heydər Əliyev irsini qorumalı, inkişaf etdirməli və digər nəsillərə ötürməliyik. Əminəm ki, "Utro" jurnalı vasitəsilə oxucular Ulu Öndər Heydər Əliyevin irsi ilə dərindən tanış ola biləcəklər", - deyə Rafiq Əliyev əlavə edib.

Milli Məclisin deputatı Novruz Aslan isə çıxışında jurnal buraxılışının asan iş olmadığını bildirib və jurnalının öz oxucusunu tapmasını arzulayıb.

Ulu Öndərin irsindən danışan Novruz Aslan Heydər Əliyevin dahi insan, siyasət patriarx olduğunu bildirib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxışında Rusiyada da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirildiyini bildirib.

Belarusiyanın Azərbaycandakı səfiri Andrey Ravkovun sözlərinə görə, "Utro" jurnalında oxucularda maraq doğura biləcək bir çox informasiya istiqamətləri əks olunub.

Milli Məclisin deputatı, rus icmasının sədri Mixail Zabelin isə çıxışında Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək Ulu Öndərin unikal, qeyri-adi şəxsiyyət olduğunu əlavə edib.

Milli Məxlisin deputatı Ceyhun Məmmədov Heydər Əliyevin təhsil sahəsinə ayırdığı diqqətdən bəhs edib, Ulu Öndərin milli kadr potensialının yaradılmasında roluna toxunub. Azərbaycan gənclərinin xaricə təhsil almağa göndərilməsi praktikasının əsasının Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədliölkədə mətbuatın inkişafına böyük diqqət ayrıldığını qeyd ediblər.

"Utro" jurnalının Azərbaycanda rus dilində dərc olunan ilk jurnal olmadığı vurğulanıb.

Sonda "Utro" jurnalının yazarları olan Rövşən Ağayev və Aydın Kərimov jurnal haqqında və orada işıqlandırılan mövzulardan bəhs ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti