...

Azərbaycan idman tədbirlərində yüksək təşkilatçılıq göstəricilərinin qazanılmasına böyük töhfə verib - FİDE prezidenti

Cəmiyyət Materials 29 İyul 2023 17:44 (UTC +04:00)
Azərbaycan idman tədbirlərində yüksək təşkilatçılıq göstəricilərinin qazanılmasına böyük töhfə verib - FİDE prezidenti
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycanın idman tədbirlərinin keçirilməsində yüksək təşkilatçılıq göstəricilərinin əldə edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu bu gün FIDE prezidenti Arkadi Dvorkoviç Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku ilə bağlı mətbuat konfransında deyib.

"Azərbaycanda ilk dəfə deyil ki, beynəlxalq səviyyəli idman tədbirləri keçirilir. Azərbaycan artıq şahmat və bir sıra digər idman növləri üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Qeyd etmək istərdim ki, onların hamısı yüksək səviyyədə keçirilib. Bu cür tədbirlərin təşkili böyük zəhmət tələb edir və biz Azərbaycanın belə yüksək təşkilatçılıq göstəricilərinə nail olmaq üçün verdiyi töhfəni yüksək qiymətləndiririk”, - FIDE prezidenti bildirib.

Qeyd edək ki, Dünya Kuboku iyulun 30-da başlayacaq və avqustun 25-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti